Bakıda bir gündə 2 avtomobil qaçırılıb

Bakıda bir gündə 2 avtomobil qaçırılıb
  30 Oktyabr 2017    Oxunub:2101
Bakıda iki avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 19 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Nicat Zeynalova məxsus “Daewoo” markalı avtomobil qaçırılıb.

DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları tərəfindən avtomobilin həmin gün saat 20 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkarlanıb. Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində postda saxlanılıb və onu idarə edən Cəlilabad rayon sakini Sübhan Niftullayevlə birgə Nəsimi RPİ 19-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Bundan başqa, oktyabrın 26-da Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən Tofiq Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Bakı şəhər Baş Polis İdarəsi “Təhlükəsiz Şəhər” Xidməti və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Lələyev və Sumqayıt şəhər sakini Qadir Əliyev tutulublar. Avtomobil Salyan rayonunda yaşayan Hidayət Sadıqovun həyətində sökülmüş vəziyyətdə tapılıb.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti