Paytaxtda kafe və "Mercedes" yanıb

  31 Oktyabr 2017    Oxunub : 388
Paytaxtda kafe və "Mercedes" yanıb

Bakıda iki yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 60 m2 olan kafenin mətbəxində taxta rəflər 5 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nərimanov rayonunda isə "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və qabaq təkəri yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN   Yanğın