Avropa Şurası Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Avropa Şurası Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
  01 Noyabr 2017    Oxunub:1603
"Avropa Şurası ilə Azərbaycan arasında intensiv əməkdaşlıq mövcuddur"

Bunu AzVision.az-a açıqlamasında Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Zoltan Hernyeş, həmçinin son günlər Avropa Şurası ilə Azərbaycan arasında yaşanan siyasi gərginliyə münasibət bildirib.

"Avropa Şurası və Azərbaycan arasında gündəlik həyatda əmaldaşlıq çox açıq və intensivdir. Siyasi gərginlik bizim gündəlik işlərimizə təsir etmir. Avropa siyasi həyatında bu ay bir çox tədbirlər olacaq. Bunların da Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycana çox böyük təsiri olacaq. Nələrin baş verəcəyini indidən demək olduqca çətindir. Lakin bir şey dəqiqdir ki, çətinliklərin öhdəsindən tez bir zamanda gəlmək lazımdır".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Avropa-Şurası   Azərbaycan  





Xəbər lenti