Rafiq Hüseynovun dəfninin vaxtı dəyişdirilib

Vida mərasimi noyabrın 3-də saat 10:00-dan 12:00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Mərhum Yasamal qəbirstanlığında dəfn ediləcək.
Qeyd edək ki, Rafiq Hüseynov oktyabrın 26-da Almaniyada müalicə aldığı klinikada vəfat edib. O, uzun müddət ağciyər xəstəliyindən əziyyt çəkib.
Mərhumun dəfn mərasimi noyabrın 2-ə planlaşdırılsa da, sonradan vaxtı dəyişdirilib.
AzVision.az
Teqlər: Rafiq-Hüseynov