
Həmin ildən Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində tağım komandiri kimi fəaliyyətə başlayıb. Daha sonralar Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunub. Müdafiə naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunan Vüqar Yusifov, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Hərbi fəaliyyəti dövründə Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşadakı tərəfdaşlıq kurslarında, təlimlərdə iştirak edib. 38 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. 19 Mart 2016-cı ildə, 40 yaşında isə polkovnik rütbəsi alıb.
Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi olub.

2016-cı ilin aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 6 aprel 2016-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dəfn olunub.
Şəhid polkovnikin iki qızı, bir oğlu yadigar qalıb.


Anar Kəlbiyev
AzVision.az