Əmək qanunvericiliyi ilə bağlı ilk peşəkar sayt açıldı

Saytın rəhbəri və təsisçisi, müstəqil ekspert Orxan Quliyevin sözlərinə görə, 3 aydan çox bir zaman ərzində böyük bir mütəxəssis heyətinin üzərində çalışdığı sayt, 20 oktyabr 2015-ci il tarixində prezident İlham Əliyevin imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun müddətinin 01 noyabr 2017-ci il tarixdə bitməsinə baxmayaraq, yenidən 4 illik müddətə yoxlamaların dayandırılması haqqında parlamentə göndərilmiş qanun layihəsinin müzakirəsinin getdiyi bir vaxtda işəgötürənlərə xüsusi dəstək olaraq yaradılıb.
Orxan Quliyev saytın məqsədinin işəgötürənlərə dəstək, işçilərə hüquqlarını daha dərindən bilməsinə kömək etmək olduğunu xüsusi vurğulayaraq, İnsan Resursları peşəkarlarının bu layihə ətrafında birləşəcəyinə və bununla yanaşı layihənin inkişafına öz töhfələrini verəcəklərinə inandığını bildirdi.
www.hrclub.az saytı daima yenilənmələrlə zəngin olmaqla yanaşı, gələcəkdə yeni qəbul olunacaq qanun və qərarlar, dəyişikliklər haqda məlumatlar mütəmadi olaraq sayta əlavə olunacaqdır ki, bu da işçilərə və işəgötürənlərə vahid sayt üzərindən bilgilənməyə yardımçı olacaq.
Saytımız tərəfindən insan resurslarının idarə olunması və kadrların sənədləşməsi sahəsində müəyyən maarifləndirmə tərbirlərinin, təlimlərin və debatların təşkil olunacağını vurğulayan sayt rəhbəri Orxan Quliyev, eyni zamanda sayt vasitəsilə ünvanlanacaq sualların da ən qısa müddətdə ekspert qrupu tərəfindən operativ surətdə cavablandırılacağını əminliklə vurğuladı.
Hazırda saytda müəyyən sayda insan resurslarının sənədləşməsi ilə bağlı sənəd şablonlarının olmasına baxmayaraq, bununla kiyafətlənməyəcəyinə və günü-gündən əlavələrin olacağına da söz verdi. Əlavə olaraq sayt rəhbəri hətta yaxın gələcəkdə insan resurslarının idarə edilməsi və kadr kargüzarlığına aid müəyyən proqramların da saytda yerləşdiriləcəyini qeyd etdi.
Teqlər: