Azərbaycanlı avtoritetin qatilləri Rusiyada tutuldu

AzVision.az “Fontanka.ru”-ya istinadən xəbər verir ki, onlar qətl törətməkdə təqsirli biliniblər.
FTX-nin banditizmə qarşı mübarizə idarəsinin və konstitusiya quruluşunun müdafiəsi üzrə xidmətin əməkdaşları iki gündən sonra onları yenidən tutublar. Saxlanılan şəxslərin avtomobilindən maska, qara kamuflyaj, əl qumbarası, tapança darağı və durbin tapıb.
İstintaqın versiyasına görə, onlar cari ilin sentyabr ayında Rusiya vətəndaşı 1975-ci il təvəllüdlü Elşən Məmmədovu qətlə yetiriblər. Hadisə Tbilisinin mərkəzində restoranın qarşısında törədilib. Öldürülən şəxs kriminal avtoritet olub. Onu “Land Cruiser” avtomobilində iki naməlum şəxs güllələyib.
Qeyd edək ki, Gürcüstanda ölüdürülən kriminal avtoritet E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.
AzVision.az
Teqlər: Rusiya