Zaqatalada 4 otaqlı ev yanıb

Zaqatalada 4 otaqlı ev yanıb
  03 Noyabr 2017    Oxunub:2034
Zaqatalada yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Bazar kəndində ümumi sahəsi 158 m² olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 158 m² sahədə, mətbəx və hamam otağı 11 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti