Rafiq Hüseynov son mənzilə yola salındı - FOTOLAR (YENİLƏNİB)

  03 Noyabr 2017    Oxunub : 4263
Rafiq Hüseynov son mənzilə yola salındı - FOTOLAR (YENİLƏNİB)

Azərbaycanın xalq artisti, tanınmış diktor Rafiq Hüseynovla vida mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunub.

Vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra xalq artisti Yasamal qəbiristanlığında torpağa tapşırılıb.







Xalq artisti Fərhad Bədəlbəyli Rafiq Hüseynovun ölümündən çox təsirləndiyini deyib.

"Dostlarımızı bir-bir itiririk. Dost gedəndə ürəkdən bir parça gedir. O, əsl ulduz idi. Müslüm Maqomayevin vaxtında Rafiq onun qədər məşhur idi. Moskvada onu böyük diktor adlandırırdılar. Çox təəssüf ki, bəzi məmurlarımız onu televiziyadan uzaqlaşdırdılar. Biz böyük insanlarımızın qədrini bilmirik. Çox heyif..."

Xalq artisti Ofeliya Sənani isə deyib ki, Rafiq Hüseynov əvəzolunmaz diktor olub:

"Onun yoxluğu mənim üçün çox çətindir. Biz diktorlar bu yaşda yetim qaldıq. O, bizim əla dostumuz idi. Məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə öz məsləhətlərini verirdi. Heç kəs məndən inciməsin, amma onun kimi diktor olmayacaq. Rafiq Hüseynova Moskvada iş təklif etmişdilər. Ev və yüksək maaş da verirdilər. O, buna razı olmadı. Demişdi ki, Azərbaycandan kənarda qala bilmərəm. Allah onu o qədər çox istəyir ki, vida mərasiminin keçirilməsi televiziyanın yubileyi ərəfəsinə düşdü".



Qeyd edək ki, Rafiq Hüseynov oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində klinikalardan birində dünyasını dəyişib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən xalq artistinn cənazəsi ötən gün Bakıya gətirilib.





















Şahanə Rəhimli
AzVision.az

Teqlər: Rafiq-Hüseynov