Paytaxtda bir gündə iki piyada ölüb

Anoloji hadisə Abşeronda baş verib. Noyabrın 2-də saat 05 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub. Nəticədə “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb.
Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
AzVision.az