“Yeni ili Mehriban xanımın verdiyi evdə qeyd edəcəyəm” – Könül Xasıyeva

  03 Noyabr 2017    Oxunub : 3935
“Yeni ili Mehriban xanımın verdiyi evdə qeyd edəcəyəm” – Könül Xasıyeva

Azərbaycanın Xalq artisti, xanəndə Könül Xasıyeva birinci xanım Mehriban Əliyevanın ona hədiyyə etdiyi evə köçməyə hazırlaşır.

K.Xasıyeva AzVision.az-a bildirib ki, yeni ilə kimi təzə evinə köçəcək:

“Allahın izni ilə yeni ili Mehriban xanımın hədiyyə etdiyi evdə qeyd edəcəyəm”

Xal artisti hazırda səhhətinin nisbətən yaxşı olduğunu, müalicələrinin davam etdiyini deyib.

Qeyd edək ki, K.Xasıyeva uzun müddətdir onurğa iflicindən əziyyət çəkir. Sevimli muğam ifaçısı övladının və özünün səhhətində yaranan problemə görə evini satmaq məcburiyyətində qalıb.

Heydər Əliyev Fondunun prezidenti, birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən ona ev hədiyyə edilib. Xalq artistinə verilən ev Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Könül-Xasıyeva