Sumqayıtda oğru ev sahibi tərəfindən tutuldu

Sumqayıtda oğru ev sahibi tərəfindən tutuldu
  04 Noyabr 2017    Oxunub:1847
Noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıcı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. 1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti