İkinci Dünya Müharibəsinin "dəmir atı" Bərdədə - VİDEO

İkinci Dünya Müharibəsinin "dəmir atı" Bərdədə - VİDEO
  05 Noyabr 2017    Oxunub:7788
Bərdə sakininin həyətində 74 il əvvəl istehsal olunmuş və almanların döyüşdə istifadə etdikləri hərbi motosiklet var. Mühərriki işləməyən nəqliyyat vasitəsinin döyüş üçün lazım olan bütün ləvazimatları üstündədir. Bəs görəsən, rayon sakini bunu hansı yolla əldə edib və orijinallığını necə qoruyub?
AzVision.az "Xəzər TV"-yə istinadla məlumat verir ki, motosikletin dəbilqəsi, döyüş üçün istifadə olunan digər ləvazimatları hələ də üstündədir.

Motosikleti İkinci Dünya Müharibəsinin "dəmir atı" adlandırırdılar. Alman ordusunda piyada qoşunların ən cox istifadə etdiyi nəqliyyat vasitəsi 1943-cü ildə istehsal olunub.

Bərdə sakini Bayram Bayramov 74 yaşlı motosikleti illər əvvəl bir müharibə iştirakçısından alıb.

Motosiklet antik nəqliyyat vasitəsi kimi qorunub-saxlanılır. Motosikletin üstündə almanların müharibədə istifadə etdikləri hərbi geyimlər - papaq, kəmər, dəbilqə və bir cox əşyalar var.

Hər kəsin marağına səbəb olan bu nəqliyyat vasitəsini almaq istəyənlər çox olub. Ancaq sahibi onu satmaq fikrində deyil. Mühərrikin təmirə ehtiyacı var. Sahibi onu işlək vəziyyətə gətirərək qoruyub-saxlamaq niyyətindədir.



AzVision.az



Teqlər: Bərdə  





Xəbər lenti