Bu gün hava yağmursuz olacaq
_1507881996_1509870877-(1)_1509944387.jpg)
Məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Abşeronda gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.
Rayonlarda əsasən yağmursuz olacaq. Səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: Hava