Ekologiyanı pozanlar 46 min cərimlənib

Ümumilikdə, 56 iş üzrə 46100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 50 iş üzrə 26699,48 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 155 iş üzrə 44326,29 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 25, icra qurumlarına 34, məhkəmələrə isə 9 iş göndərilib.
AzVision.az
Teqlər: ETSN