Gələn il qeyri-neft sektorunda 2,9% artım gözlənilir

  07 Noyabr 2017    Oxunub : 302
Gələn il qeyri-neft sektorunda 2,9% artım gözlənilir

"2018-ci ildə qeyri-neft sektorunda 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1% azalacağı, "Şahdəniz-2" layihəsinin işə düşməsi qaz hasilatının artması ilə nəticələnəcək və növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5%-ə yaxın artacağı proqnozlaşdırılır.

AzVision.az xəbər verir ki, bunu parlamentdə 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Nazir müavini qeyd edib ki, Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək: “Neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla, 2018-ci ildə ÜDM 1,5%, növbəti illərdə isə 3,5% artacağı proqnozlaşdırılır. Cari ildəki kimi, növbəti ildə də tədiyyə balansı müsbət olacaq. Gələn il tədiyyə balansı üzrə müsbət saldonun bu ildəkindən də yüksək, yəni 1,4 mlrd. dollar olacağını gözləyirik. Neft-qaz layihələrinin reallaşması nəticəsində növbəti illərdə bunun daha da artacağı proqnozlaşdırılır".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Büdcə