Nazir Siyavuş Novruzovla razılaşmadı: “Özümü qonaq kimi hiss etmirəm”

Nazir Siyavuş Novruzovla razılaşmadı: “Özümü qonaq kimi hiss etmirəm”
  07 Noyabr 2017    Oxunub:3965
Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, S.Şərifov Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənməməyi ilə haqda deyilən fikirlərlə razılaşmadığını bildirib.

Xatırladaq ki, bu gün parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bizim büdcəmiz sosializmdən fərqlənməlidir və yeni dəyərlər əsasında qurulmalıdır. Komitə sədri qeyd edib ki, büdcə Marksın və digərlərinin nəzəriyyələri ilə deyil, siyasi nəzəriyyələr ilə formalaşdırılır.

Nazir S.Novruzovun “Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və dərinə getməyək” fikirlərinə də cavab verib.

Neçə illərdir Milli Məclisə gəldiyini deyən S.Şərifov burada özünü qonaq kimi hiss etmədiyini vurğulayıb.

“Milli Məclisdə mənim də təmsil olunduğum hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri var. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Samir-Şərifov   Milli-Məclis  





Xəbər lenti