Bakıda avtobuslar bayraqlarla bəzədiləcək

  08 Noyabr 2017    Oxunub : 682
Bakıda avtobuslar bayraqlarla bəzədiləcək

Sabah Bakıda avtobuslar Azərbaycan bayraqları ilə bəzədiləcək.

“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev AzVision.az-a bildirib ki, 9 noyabr-Dövlət Bayraq Günü münasibətilə “BakuBus” avtobuslarından bayraqlar asılacaq.

"Bütün rəsmi bayramlarda və ölkəmiz üçün əhəmiyyət daşıyan xüsusi günlərdə olduğu kimi bu dəfə də Bakı Nəqliyyat Agentliyinin tövsiyyələrinə uyğun şəkildə 9 noyabr Dövlət Bayraq Günü “BakuBus” avtobuslarında bayramın mahiyyətinə uyğun şəkildə öz əksini tapaçaq. “BakuBus” avtobuslarının xaricində asılacaq möhtəşəm Azərbaycan bayraqları ilə yanaşı, daxildəki monitorlarda da Dövlət Bayrağı Gününə həsr olunmuş lövhələr quraşdırılacaq".

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, qurum bayram günlərində avtobuslara bayraqların vurulması çağırışı edib və hər bayram avtobuslarda bayraqlar vurulur.

Aytən Zəhra
AzVision.az

Teqlər: Bayraq-Günü