Ötən il törədilən quldurluğun üstü açıldı

Bu yolla həmin şəxslər zərərçəkənin 1400 manatını, eləcə də ona məxsus iki ədəd ov tüfəngini götürərək qaçıblar. Hadisədən sonra zərərçəkən H.Həsənov baş verən cinayət barədə hüququ-mühafizə orqanlarına məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsinin Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin fermadan quldurluq yolu ilə əldə etdikləri ov tüfənglərini basdıraraq gizlətdikləri yer də müəyyən edilib. Ov tüfəngləri basdırıldıqları yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı E.Abbasov və V.Məmmədəliyevin Zaqatala rayonunda da oğurluq cinayətləri etdikləri məlum olub. Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. DİN-dən daxil olan məlumatda qeyd olunur ki, polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Suraxanı RPİ-yə müraciət edə bilərlər.
AzVision.az
Teqlər: DİN