Axtarışda olan 35 nəfər bir gündə tutulub

Axtarışda olan 35 nəfər bir gündə tutulub
  09 Noyabr 2017    Oxunub:1371
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 35 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Həbs   Cinayət   Polis  





Xəbər lenti