Sumqayıtda yanğın, 2 nəfər xəsarət alıb

Sumqayıtda yanğın, 2 nəfər xəsarət alıb
  09 Noyabr 2017    Oxunub:2476
Sumqayıtda vaqon tipli yaşayış evi yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

Yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti