Restoranda müğənnini bıçaqladılar

Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.
Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.
Faktla bağlı Binəqədi rayon polis idarəsində araşdırma aparılır.
AzVision.az
Teqlər: Bıçaqlanma