Biznes mərkəzindəki yanğın 50 dəqiqəyə söndürülüb

Rəis müavini bildirib ki, dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yanğından Mühafizə hissəsi göndərilib:
“Həmçinin yanğının mürəkkəbliyi nəzərə alınaraq, hadisə yerinə əlavə texnika və canlı qüvvə cəlb edilib. Hər mərtəbənin sahəsi 1200 kvadratmetdir. Yanan yer isə 300 kvadratmetr təşkil edir. Yanğın zamanı binanın 6-cı mərtəbəsində 40-a yaxın işçi olub və onlar dərhal təxliyə edilib. Yanğın nəticəsində ofisin asma tavanındakı izolyasiya materialları, ofis mebelləri, yüngül konstruksiyalı arakəsmələr yanıb. Şəxsi heyət tərəfindən 50 dəqiqə ərzində yanğın söndürülüb”.
R.Xudiyev qeyd edib ki, yanğının başvermə səbəbləri araşdırmadan sonra məlum olacaq.
Anar Kəlbiyev
AzVision.az