16 mərtəbəli binada yanğın söndürülüb - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun qarşısını alıblar.
***
22:40
Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.
AzVision.az xəbər verir ki, yanğın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qeydə alınıb.
Hadisə yerinə FHN-nin briqadaları cəlb olunub. Binanın 10-dan çox sakini təxliyə edilib. Bir neçə nəfər tüstüdən zəhərlənib. Onlara təcili tibbi yardım göstərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: Yanğın