Yeni fırıldaq: Pulunu ver, ərinin mesajlarını oxu! (VİDEO)

Şikayətçinin sözlərinə görə, hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.
İddianın doğruluğunu yoxlamaq üçün deyilən nömrə ilə əlaqa saxladıq. Məlum oldu ki, həmin şəxs tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edir.
Onun pulu əvvəlcədən istəməsi isə təklif etdiyi qanunsuz xidməti belə şübhə altında qoyur. Fəaliyyətinin qanunsuz olduğunu xatırlatdıqda isə, qanunlara məhəl qoymadığını bildirib.
İnsanlar isə bunu şəxsi həyata müdaxilə hesab edirlər. Onlar bu təşəbbüsün nikahın dağılması ilə nəticələnə biləcəyini deyirlər.
Qanuna görə, başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar. Kibercinayətkarı isə azadlıqdan məhrumetmə cəzası gözləyir.
AzVision.az
Teqlər: Mesaj Telefon Sosial-şəbəkə