Bakıdakı güclü yanğın söndürülüb - Yenilənib

Yüksək temperaturdan ümumi sahəsi 170 kv.m olan 2 mərtəbəli 6 otaqlı evdə 2 ədəd plastik pəncərə əriyib. Evlərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
(14:42)
Bakıda fərdi yaşayış evində yanğın başlayıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda fərdi yaşayış evində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
AzVision.az