AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Oğuz rayonunda ümumi sahəsi 164 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 164 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.