Xəzərdə itkin düşən iki balıqçının meyiti tapılıb - Yenilənib

Xəzərdə itkin düşən iki balıqçının meyiti tapılıb - Yenilənib
  12 Noyabr 2017    Oxunub:3216
Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyitləri Dövlət Neft Şirkətinin "Orion-25" gəmisi tərəfindən aşkarlanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, F. Hüseynzadə və S. Qurbanovun meyitləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
(16:32)

Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, itkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.

Axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti