Ehtiyatlı olun! - Azərbaycanda sətəlcəm geniş yayılıb

AzVision.az xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib.
N.Fərəcova əlavə edib ki, mikoplazma pnevmoniya və xlamidiya pnevmoniya daha çox cavanlar arasında rast gəlinir: "Ocaqlı pnevmoniya 1-2 seqment daxilində lokal bronxit yaradan kəskin respirator virus infeksiyaları fonunda yaranır. Çox iri olmayan pnevmonik və ya peribronxial infeksiya ocağının yaranması ilə müşahidə olunur. Ocaqlı pnevmoniya zamanı hərarət nadir hallarda 38 dərəcəyə qalxır. Bu xəstəlik zamanı selikli bəlğəmlə quru öskürək müşahidə olunur. Rentgen müayinədə isə ağciyərlərin ocaqlı sıxlaşması sindromu qeyd olunur. Pnevmoniyanın 4 ağırlıq- yüngül, orta-ağır, ağır, çox ağır dərəcələri mövcuddur. Ahıl yaşlı xəstələrdə ağciyərdən kənar əlamətlər üstünlük təşkil edir. Bu səbəbdən də belə xəstələrdə pnevmoniya diaqnozunun qoyulması yubanır və nəticədə müalicə aparılması gecikir".
Aytən Zəhra
AzVision.az