Övladları Rəmişin ad gününü təbrik etmədi

-Çəkilişlə əlaqədar rayona getmişdik. Dünən axşam qayıtmışıq. Rəmiş hələ də yatır, yorğundur.
- Bu gün həyat yoldaşınızın ad günüdür. Özəl günə necə hazırlaşmısınız?
-Rəmişin ad gününü ikimiz qeyd edəcəyik. Heç kimi dəvət etməmişik. Allah qismət etsə, 75 illiyini təmtaraqlı qeyd edəcəyik.
-Rəmiş üçün məxsusi olaraq nə bişiricəksiniz?
-Yeməyə meyilli adam deyil. Cücə çığırtmasını, yarpaq dolmasını sevir. Rəmiş ad günü olanda kədərlənir, deyir ki, yaşının üstünə yaş gəlir. Qocalmaq istəmir. Kefsiz olur. Sevinmir. Qalan vaxtlarda çox mehriban, sakit insandır. Hər şeyə göz yumur, deyinmir.
-Rəmiş ömrünü ən çox hansı illərindən danışmağı sevir?
-Onun həyatda bir peşimançılığı var. Hamı bilir ki, həyatda özünə pislik edib. Heç kim deyə biməz ki, Rəmiş mənə pislik edib. O, nə edibsə ancaq özünə edib. Dünən yolda söhbət edirdik, deyir: “Gülü, kaş bunları etməzdim. Hər şeydə qabaqda gedərdim. Adlarımı, təqaüdümü alardım. Hər şeydən dala qalmışam”. Yaxşılıq edə bilməyibsə, pislik də etməyib.
-Övladları zəng edib təbrik edibmi?
-Yox, təbrik etməyiblər. Onlardan kənardır.
-Səhhəti necədir?
-Babatdır. Ağciyərində oksigen çatışmır, hərdən ondan şikayətlənir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Rəmiş