Şamaxıda 57 yaşlı qadını öldürüb quyuya atdılar
Qətl hadisəsinin kim tərəfindən və nə üçün törədilməsi hələ ki, məlum deyil. Araşdırma zamanı məlum olub ki, mərhum Badam Bağırova bir neçə il öncə dünyasını dəyişən həyat yoldaşının ikinci arvadı olub. Onun ərinin birinci arvadı və oğlu hazırda mərhum Badam Bağırovanın öldüyü həyətdə yaşayır.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


