
Saxlanılan şəxs ərazi üzrə nizami Raton Polis İdarəsinin 24-cüc Polis Bölməsinə təhvil verdik. Onun üzərindən qadına aid mobil telefon aşkar olunub və sahibinə qaytarılıb. Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.
AzVision.az