DİN Şamaxıdakı qətllə bağlı məlumat yaydı

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı 57 yaşlı Badam Bağırovanın noyabrın 12-dən 13-nə keçən gecə ruhi xəstə olan yaxın qohumu tərəfindən münaqişə zəminində daşla qətlə yetirildiyi müəyyən olunub.
Bu ağır cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəhim Bağırov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.
AzVision.az