İcra başçısının imzası saxtalaşdırılıb - VİDEO

Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron rayon İcra Hakimiyyətinin başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırlamasını etiraf edib.
Araşdırma zamanı məlum olub ki, Şahbaz Cavadovun Əkirəm Məlikova əvvəllər 5 min manat borcu olub. O, bu borcu qaytara bilmədiyi üçün dövlət sənədini saxtalaşdıraraq Əkrəm Məlikovdan 10 min manat alıb. Həmin pulun 5 minini borca qaytarıb. Şahbaz Cavadov bu qanunsuz əməlinə görə indi çox peşman olduğunu deyir.
Faktla bağlı Şahbaz Cavadov barəsində Abşeron rayon Polis İdarəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir. (Xəzər TV)