Fəzail Ağamalı aylar sonra parlamentə gəldi

  15 Noyabr 2017    Oxunub : 777
Fəzail Ağamalı aylar sonra parlamentə gəldi

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı üzvü olduğu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasına qatılıb.

AzVision.az-ın məlumatına görə, iclasda İnzibati Prosessual Məcəlləyə dəyişiklik layihəsi müzakirə olunur.

Qeyd edək ki, F.Ağamalı səhhətində yaranmış problemlə əlaqədar uzun müddətdir Milli Məclisin iclaslarına qatılmırdı.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Milli-Məclis