Maşın oğurluqlarının üstü “isti izlər”lə açılıb

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 4.00 radələrində tapılıb. Onu oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakinləri Fərid Məmmədzadə, Rəşadət Fəttahov və əvvəllər məhkum olunmuş Ağalar Səfərov tutulublar.
Noyabrın 14-də saat 7.00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndindən sakin Rövşən Mehdiyevə məxsus “QAZ-31029” avtomobilin qaçırılması barədə rayon polis şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Oğurlanan maşının Qax rayonu istiqamətində hərəkətdə olduğu müəyyənləşdirilib. Zaqatala və Qax rayon polis şöbələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil Qax rayonunun Əmircan kəndində tapılıb. Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini Rüstəm Əlizadə tutulub.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 13-də Bakı şəhər sakini Namiq Ağayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən üç yeniyetmə saxlanılıb.
Noyabrın 12-də paytaxt sakini Vüsal Rəhimova məxsus “Ford” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Cəmil Səfərəliyev Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun noyabrın 3-də Əsəd Vəliyevə məxsus “Ford” markalı avtomobili qaçırması da müəyyənləşdirilib.
Göstərilən faktlarla bağlı müvafiq araşdırmalar aparılır.
AzVision.az
Teqlər: DİN