Azərbaycanın bu kəndində hamı velosiped sürür - VİDEO

3185 nəfər əhalisi olan Dağlı kəndi rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Kənd yollarında avtomobildən çox at arabası və velosiped görmək mümkündür. Gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri, hətta qadınlar da uzun illərdir ki, velosiped sürürlər.
Sakinlər gündəlik həyatlarında, təsərrüfatlarının idarə edilməsində də nəqliyyat vasitəsi kimi əsasən velosipeddən istifadə edirlər. Bu ucqar kənddə müəllimlər məktəbə, tibb işçiləri xəstə yanına belə velosipedlə gedirlər.
Kənd sakinləri deyirlər ki, velosiped sürməyin insan orqanizminə də böyük faydası var. Velosiped yürüşü zamanı ayaq əzələləri möhkəmlənir, onların dözümlülüyü artır, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən yaşlı nəslin nümayəndələri velospeddən istifadə etdikləri üçün daha gümrah yaşadıqlarını bildirirlər.
Sakinlərin nəqliyyat vasitəsi kimi velosipedə üstünlük vermələrinin əsas səbəbi, yuxarıda deyilənlərlə yanaşı, həm də ekoloji cəhətdən təmiz və xərcsiz olmasıdır.
AzVision.az
Teqlər: Zaqatala