Azərbaycanda 6 bal gücündə zəlzələ olub - Rəsmi (Yenilənib)

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
***
(23:54)
Bu gün axşam saatlarında Azərbaycanda zəlzələ olub.
AzVision.az xəbər verir ki, yeraltı təkanlar Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən, Bərdə, Yevlax, Xaçmaz, Göyçay və digər rayonlarda hiss olunub.
İlkin ehtimallara görə, zəlzələ 4-5 bal gücündə qeydə alınıb.
AzVision.az
Teqlər: Zəlzələ