“Bakcell” Gəncədə 4G xidmətini təqdim edib

“Bakcell” Gəncədə 4G xidmətini təqdim edib
  16 Noyabr 2017    Oxunub:3607
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə 4G LTE xidmətini Gəncə şəhərində istifadəyə verir. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən “4G Sür@” xidməti yerləşdikləri məkanda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanına malik olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.
“Biz Gəncə şəhərində yaşayan Bakcell abunəçilərinə yüksək keyfiyyətli 4G LTE xidmətlərini təqdim etməkdən qürur hissi duyuruq. Artıq Bakı və Abşeron yarımadasının abunəçilərimizlə yanaşı, bizim Gəncədəki abunəçilərimiz də Bakcell şirkətinin təqdim etdiyi yüksək keyfiyyətli və sürətli mobil internetdən yararlana biləcəklər. Azərbaycan bazarında 4G xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və biz hesab edirik ki, LTE xidmətlərini ölkənin bölgələrində istifadəyə vermək vaxtıdır” deyə, Bakcell şirkətinin baş icraçi direktoru Nikolai Beckers bildirib.



Bakcell şirkəti tərəfindən təqdim olunan və 225 Mbit/s çatan sürəti dəstəkləyən 4G/LTE texnologiyası vasitəsilə abunəçilər öz mobil qurğularında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, monitorinq sistemlərindən, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olurlar.



Hazırda Bakcell həm smartfon, həm də noutbuk və kompüter istifadəçiləri üçün nəzərdə tutulmuş müxtəlif 4G tarif paketlərini təklif edir. “Bakcell”in Gəncədəki abunəçiləri təklif olunan müxtəlif variantlar arasından seçim edə bilərlər ki, bunlardan da biri aylıq cəmi 10 AZN-ə təklif olunan 5 GB-lıq 4G internet paketidir.

Bakcell-in 4G kommersiya təklifləri barədə daha ətraflı məlumatı https://suret.bakcell.com/en/offers/3g/smartfonlar_ucun səhifəsindən əldə etmək olar. Bu gündən etibarən Gəncə şəhərində yaşayan Bakcell abunəçiləri şirkətin Müştəri Xidməti Mərkəzində 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə bilərlər.



Bir müddət əvvəl Bakcell mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.

6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.



Gəncə şəhərində 4G xidmətinin təqdimatından sonra sonra şirkət nümayəndələri və media mənsubları “Gəncə Hub”a və baza stansiyasının yerləşdiyi ərazilərindən birinə səfər ediblər.

Səfər iştirakçıları qeyd edilən ərazilərə daxil olmazdan öncə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin (SƏTƏM) mühafizəsi üzrə bölmə rəhbəri Rəşad Paşayev təhlükəsizlik qaydalarını xatırladıb. Bildirib ki, hab mərkəzə və stansiyanın yerləşdiyi əraziyə daxil olarkən hər bir kəs sadə mühafizə vasitələri ilə, yəni qoruyucu dəbilqə və xüsusi eynəklə təmin edilməlidirlər. Yalnız bundan sonra əraziyə daxil olmaq, təlimatçının müşaiəti ilə oradakı avadanlıqlarla, həmçinin onların iş prinsipi ilə tanış olmaq olar.

Təlimatı dinləyən və sadə mühafizə vasitələri ilə təmin olunan media mənsubları hub mərkəz və stansiya ilə yaxından tanış olublar. Mobil şəbəkə operatorları ilə əlaqələrin idarə edilməsi üzrə şöbə rəhbəri Samir Məhəmmədov, Radio şəbəkələrin planlaşdırılması bölməsinin rəhbəri Ramin Qurbanov jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıblar.

S.Məhəmmədov jurnalistlərə baza stansiyalarının iş prinsipi, 4G baza stansiyalarında istifadə olununan mobil texnologilayar və 4G texnologiyasının abunəçilərə verdiyi imkanlardan danışıb. O qeyd edib ki, Bakcell şirkəti öz abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək üçün şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir və müasir avadanlıqlardan geniş istifadə edir.

Şöbə rəhbəri bildirib ki, Şirkət bütün ölkə ərazisini 3g xidmətləri ilə təmin edib. Hazırda 3G şəbəkəsini təkmilləşdirməklə yanaşı, 4G texnologiyasının digər bölgələrdə tətbiqi istiqamətində işlər həyata keçirilir.

Qeyd olunub ki, 6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

AzVision.az


Teqlər: Bakcell   4G   Gəncə  





Xəbər lenti