“Rasim Balayev dərman almağa pul tapmır...” - Zeynəb Xanlarova kömək istədi

“Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışnmaq istəyirəm. O, elə sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O, dərman almağa pul tapmır. Üzümü Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə tuturam, ona niyə kömək edilmir?
Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Dərmanların hamısını almağa pulu çatmır".
Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Milli-Məclis Rasim-Balayev Zeynəb-Xanlarova