Bu gecə Əhmədlidə işıq olmayacaq

Bu gecə Əhmədlidə işıq olmayacaq
  17 Noyabr 2017    Oxunub:1516
Paytaxtın Əhmədli qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr olacaq.
“Azərişıq” ASC-dən AzVision.az-a verilən məlumatda bildirilir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli qəsəbəsinin bir hissəsinə (General Şıxlı, Nəsrəddin Tusi, Sarayevo, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

AzVision.az


Teqlər: Əhmədli   Azərişıq  





Xəbər lenti