Bakıda uçqun altında qalan şəxs xilas edilib - Yenilənib

Bakıda uçqun altında qalan şəxs xilas edilib - Yenilənib
  18 Noyabr 2017    Oxunub:2685
Bakının Zığ qəsəbəsində torpaq uçqunu altında qalmış şəxs xilas edilib.
AzVision.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində torpaq altında qalan 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub.

Xilasetmə işləri barədə əlavə məlumat veriləcək.

***
(21:34)


Paytaxtda uçqun baş verib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: Bakl   Uçqun   FHN  





Xəbər lenti