FHN Zığdakı uçqunla bağlı məlumat yaydı

Məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Görülən təxirəsalınmaz xilasetmə tədbirləri nəticəsində vətəndaş Ə.Bağırzadə xilas olunub. Əməliyyat başa çatıb.
AzVision.az
Teqlər: FHN