Zeynəb Xanlarova xahiş etdi, nazirlik Rasim Balayevlə maraqlandı

Bu barədə AzVision.az-a Rasim Balayev özü məlumat verib.
"Necə olmağımla maraqlandılar. Söhbətdən anladım ki, onlarlıq bir şey yoxdur. Yaxşı ssenari yazan yoxdur ki, mən də kinoya çəkilim. Onlarla söhbətimiz elə bu fonda oldu. Müalicə aldığım klinikada da mənə hörmətlə yanaşırlar. Hələ bu söhbətlər çıxmamışdan öncə oranın rəhbəri tapşırmışdı. Buna görə mənə diqqətlə davranırdılar, pul götürmürdülər”.
Qeyd edək ki, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin dünən keçirilən iclasında tanınmış aktyor Rasim Balayevlə bağlı məsələ qaldırıb. O, Mədəniyyət Nazirliyinə, Səhiyyə Nazirliyinə müraciət ünvanlayaraq aktyora diqqət göstərməyə çağırıb. Milli Məclisin spikeri Oktay əsədov isə məsləni diqqətdə saxlayacağını deyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Rasim-Balayev Zeynəb-Xanlarova