Piyadanı öldürüb qaçan sürücü tutuldu

Piyadanı öldürüb qaçan sürücü tutuldu
  18 Noyabr 2017    Oxunub:1408
Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Görülən tədbirlərlə həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Ənvər Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti