Qaxda baş verən yanğın söndürülüb - (Yenilənib)

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
(11:14)
Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.
AzVision.az