
Təqdim etdiyimiz digər foto lentə alınan zaman Xaliq Rzayev Yəmən Xalq Demokratik Respublikanın attaşesi vəzifəsində işləyirdi. O, Şövkət Ələkbərova ilə ailəvi dostluq münasibətlərində olub.
1984-cü ildə X.Rzayev Elçin İslamzadə (Akif İslamzadənin qardaşı) və Natella Ələkbərova (Xalq artisti Şövkət Ələkbərovanın qızı) ilə Cənubi Yəmənin Ədən şəhərində görüşüb. Bu şəkil çəkiləndən təxminən 2-3 il sonra Natella Ələkbərova xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının ölümü bir müddət Şövkət Ələkbərovadan gizli saxlanılıb.

Rəna Tağıyeva
AzVision.az