Bu günə gözlənilən hava şəraiti
_1511168799_1511241195.jpg)
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-19, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, noyabrın 22-də hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi fonunda temperaturun aşağı enməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.
AzVision.az
Teqlər: Hava