Balakəndə nəzir qutuları qarət edilib

  21 Noyabr 2017    Oxunub : 535
Balakəndə nəzir qutuları qarət edilib

Balakəndə kənd məscidlərinin nəzir qurularını qarət edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman Gəncəyev, Tural Lelimadov və Kamran Muradov saxlanılıblar.

Onların cari ilin sentyabr-noyabr ayları ərzində rayon ərazisində daha 1 evdən, 3 mağazadan pul, ərzaq məhsulları, danışıq kartları, habelə Qazma, Qabaqçöl, Mahamalar, Kortala, Meşəşambul və Şambul kənd məscidlərində olan nəzir qutularından pul oğurlamaları da müəyyənləşib.

AzVision.az

Teqlər: DİN   Məscid