Goranboyda ağır yol qəzası: 13 yaralı (Yenilənib)

Artıq yaralananlardan 7-nin adı məlum olub. Bunlar aşağıdakılardır:
Orxan Sərvan oğlu Süleymanov (1997)
Şəbnəm Sabit qızı Quliyeva (1999)
Sadəgül Həsən Qızı Bayramova (1991)
Nüşabə Məmmədova (1988)
Ramin Nazim oğlu Əliyev (1986)
Hüseyn Sadiq oğlu Quliyev (2002)
Şəbnəm Mehman Qızı (1992)
***
Goranboy rayonunda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
AzVision.az